![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/2/14/1/93f5dcdd-d23d-4b46-94d2-2131a6c1705c/mut.jpg)
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür. HafizTimes.com Azərbaycan Xalq Cümhuriyyəti lideri Məhəmməd Əmin Rəsulzadənin məşhur fotolarının birindəki balaca qızı 83 il sonra tapıb, həmsöhbət olmağa çalışıb.
– Bu şəkildəki balaca qız mənəm. Adım Suna Toker Baydardı. Anam Münirə xanım Alcoa ağalarından Müriş ağanın qızıdır. Atam Həmdi bəy Toğ bəylərindən İskəndər bəyin oğludur. 1929-cu ildə Ahıskadan Türkiyəyə qaçıblar. Mən 1938-ci ildə Ankarada dünyaya göz açmışam. O zaman Ankarada olan bütün qafqazlılar bir-birini tanıyırdılar. Azərbaycanlılar, Ahıska türkləri və digər qafqazlılar görüşüb bir-birinə dəstək olurdular.
– 1940-cı illərin sonu idi. 9-10 yaşlı uşaq idim. Bir gün atam evə gəlib anama dedi ki, Məhəmməd Əmin Rəsulzadə Ankaraya gəlib. Atamdan soruşdum ki, bu bəy kimdir? Dedi ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın keçmiş prezidentidir. Onun həyat yoldaşının isə “polşalı aristokrat” bir xanım olduğunu söylədi. Bir gün anam onları axşam yeməyinə dəvət etdi. Mən də onları səbirsizliklə gözləyirdim. Nəhayət ki, gəldilər.
Məhəmməd Əmin Rəsulzadə uzun boylu, yaraşıqlı, çox alicənab bir insan idi. Həyat yoldaşı isə gözəl paltar geyinmişdi, çantası da çox gözəl idi. O dövr üçün dəblə geyinən bir qadın idi. Çətinlik çəksə də Azərbaycan türkcəsində danışırdı. O, öz ölkəsində çox aristokrat bir ailənin qızı idi. Uzun boylu xanım idi, saçlarını da arxa tərəfdən toplamışdı. Gülərüz, savadlı bir qadın idi. Bir gün Məhəmməd Əmin bəy həyat yoldaşına Leyla ilə Məcnunun hekayəsini danışıb. Xanım da buna görə özünə Leyla adını qoyub. Amma mən ona “Madam Polşka” deyirdim. Hamı ona “madam” deyə müraciət edirdi. Məhəmməd Əmin bəy Polşada yaşayarkən onunla tanış olub. Sonradan öyrəndim ki, “Madam Polşka”nın ailəsi həmişə Polşanın müstəqilliyi üçün rus hökmranlığına qarşı mübarizə aparıblar.
– Ankaradakı Azərbaycan türkləri onların gəlişinə çox sevinmişdilər. Məhəmməd Əmin bəy və “Madam Polşka” mənim anamı və atamı çox sevirdilər. Anamgil qafqazlı olduqları üçün çox yaxın dostluq münasibətləri qurmuşdular. Bizim evimizə tez-tez gəlirdilər. Anam yaşca onlardan kiçik idi. Onlar Ankarada Kızılayda bir yerdə yaşayırdılar, biz də onlara qonaq gedirdik. Azərbaycan Dərnəyi ilə sıx əlaqə saxlayırdılar.
– Azərbaycan Dərnəyi vaxtilə Ankarada “Azərbaycan gecələri” keçirirdi. Biz də həmişə axşam yeməyi və musiqi dinləmək üçün ora gedərdik. Həmin tədbirlər “Gar” kazinosunda keçirilirdi, azərbaycanlı musiqiçilər ifa edərdilər. Azərbaycan mahnıları səslənərdi, insanlar rəqs edərdilər. Hamını adı ilə rəqsə dəvət edirdilər. Anamı da çağırırdılar. Orada ağ “çerkeskalı” bəylər də olurdu. Yadımdadır ki, Məhəmməd Əmin bəy heç vaxt rəqs etməzdi.
Məhəmməd Əmin bəy anam və atamla daha çox Azərbaycan haqqında danışırdı. Düşünürəm ki, Məhəmməd Əmin bəy bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Onlar uzun illər Türkiyədə yaşadılar və başqa yerə getmədilər. Ankarada dünyasını dəyişdi.
O, dünyasını dəyişəndən sonra həyat yoldaşı da Ankarada yaşamağa davam etdi, Polşaya qayıtmadı. Ona Milli Kitabxanada bir iş verdilər, orada işlədi, öz pulu ilə dolandı. Sonra Milli Kitabxanadan təqaüdə çıxdı. “Madam Polşka” da Ankarada vəfat etdi. Bu il Məhəmməd Əmin bəyin dünyaya gəlməsindən 139 il ötür. Ruhu şad olsun.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/2/14/1/7238df2a-719e-4390-ad3b-f42761922b2f/10e9682a-3235-498f-8510-4f405daa5938.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/2/14/1/f1755980-e535-4435-80aa-91e3e073caae/467bafda-1ac1-4410-b948-151186d0da68.jpg)
Hafiz Əhmədov
HafizTimes.com