Lloyd Ostin Aleksey Reznikovla Ukraynaya hərbi yardımı müzakirə edib

DÜNYA 12 fev 2023, 08:34

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikovla telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bub barədə Pentaqon məlumat yayıb.

Tərəflər Ukraynaya hərbi yardım üzrə təmas qrupunun növbəti iclasını müzakirə ediblər.

Görüşün gələn həftə Brüsseldə keçiriləcəyi qeyd edilir.

Ostin və Reznikov hava hücumundan müdafiə sistemləri və artilleriya vasitələrinin tədarükü imkanlarını da müzakirə ediblər.

Bundan əlavə, müdafiə idarələrinin rəhbərləri döyüş bölgəsindəki vəziyyət barədə danışıblar.//apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top