Azərbaycandan təyyarə ilə yola salınan növbəti humanitar yardım Türkiyəyə çatdı

GÜNDƏM 11 fev 2023, 08:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Demokrat.az xəbər verir ki, bu barədə  FHN-dən bildirilib.

Belə ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top