Aİ Türkiyə üçün donor konfransı keçirəcək

DÜNYA 08 fev 2023, 22:51
Avropa Komissiyası və Aİ Şurası mart ayında zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya xalqları üçün donor konfransı təşkil edəcək.

Bu barədə çərşənbə günü hazırda Aİ-yə sədrlik edən İsveç hökumətinin press-relizində məlumat verilib.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson bu həftə baş verən hadisələrdən sonra Türkiyə və Suriya xalqına dəstək məqsədilə beynəlxalq ictimaiyyətdən vəsait toplamaq üçün Ankara ilə koordinasiyalı şəkildə donor konfransı keçirmək niyyətində olduqlarını açıqlayıblar. Tədbir mart ayında Brüsseldə baş tutacaq”, - deyə məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top