Paşinyanla Makron Laçın yolundakı durumu müzakirə etdi

DÜNYA 07 fev 2023, 09:24
Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.

Makronla Paşinyan Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.

Liderlər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top