YapiKredi Müraciət Forması
Dünya

Bayden Türkiyəyə yardım üçün göstəriş verib

Bayden Türkiyəyə yardım üçün göstəriş verib

ABŞ Prezidenti Co Bayden Türkiyəyə yardım variantlarını araşdırmaq üçün müvafiq hökumət qurumlarına göstərişlər verib.

APA İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.

"Prezident Bayden USAİD-ə və digər federal hökumət təşkilatlarına Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın yardım variantlarını araşdırmaq göstərişi verib. Biz Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik", - səfirlik bildirib.

D
demokrat.az