Türkiyədəki zəlzələdə azərbaycanlılar ziyan görüb? — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 06 fevral 2023, 11:37
"Türkiyədə zəlzələ nəticəsində vətəndaşlarımızın  xəsarət alıb-almaması ilə bağlı hazırda araşdırma aparılır".

Bunu  Demokrat.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Nazirlik rəsmisi bildirib ki, bununla bağlı müvafiq orqanlara sorğu göndərilib. 

"Hal-hazırda vətəndaşlarımız barədə dəqiq məlumatımız yoxdur. Hələlik, heç bir vətəndaşımız tərəfindən müraciət daxil olmayıb. Daha sonra ictimaiyyətə əlavə məlumat veriləcək". 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 08:47
Top