Ramil Şeydayev "Qarabağ"ın təklifinə "hə" demir — SON DURUM

İDMAN 06 fev 2023, 09:38
"Qarabağ"ın hücumçusu Ramil Şeydayev karyerasını harada davam etdirəcəyi ilə bağlı qərar verməyə tələsmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubuyla olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Şeydayev "köhlən atlar"dan yeni sözləşmə təklifi alsa da, qarşı tərəfə şifahi razılıq belə, verməyib.

Hazırda Rusiyanın iki elita klubundan real çağırışlar alan Ramili Türkiyə Super Liqasından da istəyən var. Bu üzdən Ağdam klubunun idarəçilərini intizarda qoyan Azərbaycan millisinin üzvü özü üçün ən sərfəli və perspektivli variantı seçməyə çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top