Şarl Mişel:"Ukraynanın gələcəyi Avropa İttifaqındadır"

DÜNYA 03 fev 2023, 19:26
Avropa İttifaqı (Aİ) mümkün olan bütün yollarla və lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək.

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “Ukrayna-Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında deyib.

“Biz Kremldən qorxmuruq və qorxmayacağıq. Çünki Aİ və Ukrayna bir ailədir. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - o əlavə edib.

Şarl Mişel Aİ-nin bu vaxtadək Ukraynaya təxminən 60 milyard avro yardım etdiyini qeyd edib. Onun sözlərinə görə, bunun təxminən 12 milyardını ölümcül silahlar da daxil olmaqla hərbi yardımlar təşkil edib.

“Biz bu il ilk olaraq 30 min Ukrayna hərbçisinə təlim keçirik. Aİ eyni zamanda, 2023-cü il üçün 18 milyard avro dəyərində makro-maliyyə yardımı ayırıb”, - Şarl Mişel diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top