Samaradan Bakıya uçan təyyarə geri qayıtdı

GÜNDƏM 02 fev 2023, 23:10
Samaradan Bakıya uçan “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün geri qayıdıb.

Demokrat.az xəbər verir ki, bu barədə Privoljskaya Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Utair” şirkətinin “Boinq-735” təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoç hava limanına geri qayıtmaq qərarına gəlib. Təyyarə eniş edib və hazırda problem aradan qaldırılır.

Uçuşu gözləyərkən sərnişinlər federal aviasiya qaydaları ilə nəzərdə tutulmuş xidmətlərlə təmin olunacaqlar.

Qeyd olunub ki, nəzarət orqanı hadisənin baş vermə şəraitini yoxlayacaq və əsaslar olduqda prokurorluq tərəfindən cavab tədbirləri görəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top