Zorlamada ittiham olunan futbolçu bəraət aldı

İDMAN 02 fev 2023, 22:39
"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud bəraət alıb.

Demokrat.az xəbər verir ki, gənc hücumçu zorlamada ittiham olunurdu. 

Qeyd edək ki, futbolçu ötən ilin yanvarında keçmiş sevgilisini döydüyü üçün həbs edilmişdi. Futbolçunun sevgilisi kəsilmiş dodaq və bədənin müxtəlif yerlərində qançırlar əks olunan fotolarını sosial şəbəkələrdə paylaşmış və bu vəziyyətinə görə sevgilisini günahlandırmışdı.

M.Qrinvud zorlama cəhdi, hücum və məcburi davranış aktında ittiham edilərək həbs edilmişdi. Fevralın əvvəlində isə zaminə buraxılmışdı. Lakin o, girov şərtini pozmuş və buna görə də, yenidən həbs edilmişdi.

Aynurə

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top