“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

GÜNDƏM 02 fev 2023, 14:37
 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu keçirilib.

Demokrat.az xəbər verir ki,110 nəfər gənc lideri özündə birləşdirən tədbirin məqsədi TGT-lər üçün optimal PR həlləri və  bu sahədəki zəngin təcrübəni paylaşmaq olub. Peşəkarların öz təcrübələrini bölüşdüyü tədbirdə “Nar"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov “Müasir dövrün çağırışlarına cavab verən PR strategiyaları" mövzusunda çıxış edərək gəncləri maraqlandıran sualları cavalandırıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən forumda mütəxəssislərin vörkşoplarından əlavə, gənc liderlərə müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edilib.

Qeyd edək ki, ölkənin maariflənməsinə hər zaman öz töhfəsini verən “Nar” təhsil və inkişafa yönəlik layihələr həyata keçirir. Bu layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top