"Erməni faşistləri çirkin əməllərinə son qoymalı idilər"— Deputat

SOSİAL 01 fev 2023, 21:10
"Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa - Laçın yolunda həyata keçirdikləri etiraz aksiyasından keçən hər günün hər bir anı, hər bir saatı gənclərimizin, aksiya iştirakçılarının torpağa, vətənə olan məhəbbətlərinin sonsuz nümunəsidir".          

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. O, bildirib ki, 30 il düşmən tapdağı altında olan bu ərazilər vəhşicəsinə terrora məruz qalmış, meşələrimiz qırılmış, çay və göllərimiz zəhərlənmiş, şəhər və kəndlərimiz, mədəni, dini, tarixi abidələrimiz dağıdılmış, məhv edilmiş, təbii sərvətlərimiz daşınıb aparılmışdır:

"Düşmən üzərində tarixi qələbədən sonra əlbəttə ki, bu halların qarşısı alınmalı, təbii sərvətlərimizə qənim çıxanların yolu bağlanmalı idi. Erməni faşistləri özləri çirkin əməllərinə son qoymalı idilər. Ancaq onlar nəinki sərvətlərimizin istismar etdiklərini dayandırdılar, əksinə təbii yataqlarda qazıntı işlərini daha da sürətləndirdilər. Bu, Azərbaycana bir daha meydan oxumaq, sayğısızlıq idi. Azərbaycan hökumətinin çağırışlarına məhəl qoyulmadıqda, monitorinq məqsədilə dövlət qurumlarının nümayəndələri və mütəxəssisləri həmin ərazilərə buraxılmadıqda, gənclərimiz aksiya keçirməyə, dinc yolla öz sözlərini deməyə məcbur oldular. Bu, bizim haqqımızdır. Beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərində dövlətimizin razılığı olmadan aparılan hər bir qazıntı işləri qanuna ziddir. 

Çox təəssüflər olsun ki, bu gün bəzi beynəlxalq təşkilatlar, xüsusilə Fransa aksiyanı Qarabağ ermənilərinin blokadaya alınması, onların təcavüzə məruz qalması kimi qiymətləndirirlər. Azərbaycan əleyhinə qərəzli, böhtan xarakterli sənədlər qəbul edirlər. Sözsüz ki, bu qətnamələrin, sənədlərin heç bir dəyəri yoxdur və bu hərəkətlər beynəlxalq normaları pozmaqdır, bəşəriyyətə hörmətsizlik, demokratik dəyərlərə kölgə salmaqdır. Ölkə daxilində bəzi qüvvələr bunu başqa tərəfə çəkmək niyyətindədirlə. Ancaq bu aksiya iştirakçılarının tələbləri haqq-ədalətin bərpasıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top