"Ermənistanda hakimiyyət dəyişikliyinə gediləcək"

GÜNDƏM 01 fev 2023, 22:11
"Ermənistan Avropa missiyasını regiona gətirməklə Rusiyaya arxa çevirir. Hər mərhələdə  Paşinyanın bu addımına qarşı Rusiyadan çox sərt açıqlamalar verilir. Hətta, Ermənistanın daxili siyasi vəziyyətinin təhlilində bəzi alətlər var. Bunlar önəmli rol oynayır. Məsələn hərbiçilərdir,  102-ci bazadır, 5-ci kolon  nümayəndələridir və s. buna ciddi şəkildə təsiri var. Çünki bunların hamısı Rusiyanın öz əlaltılardır".

Bu sözləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspert qeyd edib ki, gələcəkdə böyük problemlərin olması qaçılmazdır:

"Hakimiyyətinin özünə alternativ qüvvələr - Rober Koçaryan, Serj Sarkisyan, Ruben Vardanyan və s. bunlar hamısı böyük problemlərin olacağından xəbər verir. Sadəcə Ukrayna müharibəsi kontekstində Rusiyanın Ermənistana olduqca ciddi reaksiya verməsinə mane olur. Amma əmin olun ki, Ukraynadakı proseslərə bir balaca aydınlıq gəlsə, dərhal Ermənistanda hakimiyyət dəyişikliyinə gedəcək. Buradan hakimiyyət dəyişikliyinə getməklə bağl bir məqsəd də var. Qərb gücləri bütövlükdə Qərbin hərbi mövcudluğunu əsaslandırmalıdır və proses ona gedir. Amma həqiqətən də, Rusiya bütün hallarda, o cümlədən də indiki şəraitdə Ermənistanı tam itirilmə təhlükəsi qarşısında qaldığı müddətdə Avropa Birliyinin qərarlarını Ermənistan rəhbərliyinin hakimiyyəti itirmək bahasına ödəyəcəyi ortadadır".

Nəzrin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top