Azərbaycanda yetkinlik yaşına çatmayanları zorlayanlar 15 ilədək həbs olunacaq

GÜNDƏM 01 fev 2023, 18:40
Azərbaycanda yetkinlik yaşına çatmayanları zorlayanlar 15 ilədək həbs olunacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top