Rusiya və NATO Cənubi Qafqazda toqquşacaq — Politoloqdan yeni müharibə ANONSU

SİYASƏT 31 yan 2023, 18:20
"Bu gün Cənubi Qafqazda baş verənlər Rusiyaya qarşı gedən proseslərin  tərkib hissəsidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. 

Politoloq qeyd edib ki, Qərb Ukraynada yaratdığı müharibə şəraitini Cənubi Qafqazda da alovlandırmağa çalışır:

"30 il ərzində işğal zamanı heç bir barmağını tərpətməyən Avropa bu gün hansısa mənasız və gərəksiz açıqlama ortaya çıxarır və Cənubi Qafqazdakı proseslərə nəzarət etmək, Paşinyanın çağırış ilə Cənubi Qafqaza qoşun yeridib, Qarabağa nəzarəti həyata keçirmək istəyir. Zatən orada bir nəzarət var, yəni  "sülhməramlı qüvvələr" var ki, bunları artıq tənqid etməkdən də yorulmuşuq. Onlar öz fəaliyyətlərindən başqa hər cür fəaliyyətlə məşğuldurlar. Ancaq öz fəaliyyətlərinə lazımi dərəcədə diqqət yetirmirlər. 
İkinci bir "sülhməramlı" qüvvələrin Avropa tərəfindən göndərilməsi oradakı vəziyyəti daha da gərginləşdirə bilər. Rus sülhməramlı qüvvələrinin oradakı fəaliyyəti heç də normallaşmaya gətirmədi. 



Üçtərəfli bəyanatda olan müddəaların heç biri Rusiya tərəfindən həyata keçirilmədi. Tərsinə, ermənilərə daha çox dəstək verirlər. Bu da Azərbaycan tərəfini qəti addımlar atmağa vadar edir". 

Politoloq qeyd edib ki, Paşinyanın çağırışı ilə Avropa ordusunun Cənubi Qafqazda yerləşdirilməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək:

"Yəni, Rusiya ilə Avropa qüvvələrinin Qafqazda kəllə-kəlləyə gəlməsi mümkündür. Bu da Cənubi Qafqazdakı vəziyyəti kökündən dəyişəcək. Bu gün Avropa fikirləşir ki, Cənubi Qafqaza girib, orada hər şeyi əlinə ala bilər. Rusiya Ukraynada verdiyi savaşdan sonra onun Qarabağdan çıxmasını istəmirlər. Ancaq bu regiona onların NATO əsgərləri kimi gəlib çıxması qarşıdurmaya səbəb ola bilər. Yəni, qısası Cənubi Qafqazda ikinci poliqon yaratmaq niyyətindədirlər. Qərb Ukrayna torpaqlarında gedən ağır döyüşləri Cənubi Qafqaza köçürmək niyyətindədir. Bununla da vəziyyət daha da gərginləşəcək və yeni müharibə ocağı yarana bilər".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top