"Cənubi Qafqazda nüfuz uğrunda böyük oyunlar baş verməkdədir" — ŞƏRH

GÜNDƏM 30 yan 2023, 21:40
"Ermənistan Azərbaycana qarşı konstruktiv mövqe sərgiləmir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq qeyd edib ki, Avropa İttifaqının 100 nəfərdən ibarət monitorinq missiyasının iki il müddətinə Ermənistanla Azəebaycan sərhəd ərazilərinə göndərilməsi normallaşma prosesinə mənfi təsir göstərəcəyi ehtimalı böyükdür:

"Çünki ilk növbədə ikinci dəfə belə bir qərar veriləndə Avropa İttifaqı hər hansı bir icazə və ya razılıq almadı. Hətta bununla bağlı Sergey Lavrovun da açıqlaması oldu ki, belə bir missiyanın göndərilməsi Azərbaycanın rizası daxilində baş verməli idi. Burada söhbət ondan gedir ki, Azərbaycan ən azından əmin olmalıdır ki, bu missiyanın bir növ konstruktiv niyyəti var. Missiyanın hər hansı xələl gətirəcək niyyəti yoxdur. Bunun üçün də qarşılıqlı etimadın  formalaşması üçün də Azərbaycanla razılaşdırılmalı idi. Amma, Azərbaycanla razılaşdırılmadığına görə belə bir missiyanın bir növ prosesə xələl gətirəcək".

Politoloq qeyd edib ki, Rusiya -Ukrayna müharibəsi fonunda hazırda Cənubi Qafqazda nüfuz uğrunda böyük oyunlar baş verməkdədir:

"Bir tərəfdən ABŞ yaranmış vakuumdan yararlanmaq istəyir, yəni Rusiyanın zəifləməsindən istifadə edərək Cənubi Qafqazda söz sahibi olmaağa çalışır. Bundan başqa, bir tərəfdən İran müəyyən oyunlar oynayır, digər tərəfdən də Avropa İttifaqı böyük oyunlar oynamağa çalışır. Avropa İttifaqı dedikdə isə ilk olaraq Fransanı xatırlamalıyıq. Makron Ermənistan kartından istifadə edərək Cənubi Qafqazda Rusiyanın boşalan mövqeyini müəyyən dərəcədə doldurmağa cəhd göstərir. Fransanın  yürütdüyü siyasət ikibaşlı oyunu xatırladır. Çünki Fransa Cənubi Qafqaz siyasətində birmənalı şəkildə Ermənistana tərəfkeşlik edir. Regionun digər ölkələrinin maraqları ilə hesablamır. Bu da sözsüz ki, təmiz niyyətinin olmadığını sual altına qoymuş faktorlardan biridir. Avropa İttifaqı Azərbaycanı qınamağa davam edərsə, eyni zamanda da Azərbaycanın rızası olmadan Ermənistana missiya göndərirsə, bunun artıq normalaşma prosesinə müsbət təsir göstərəcəyi ehtimalı şübhə altında qalmış olur".

Aynurə Pənahqızı

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top