General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

GÜNDƏM 30 yan 2023, 18:07
Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top