İran Tehrandakı rus diplomatını səfirlikdə necə qətlə yetirmişdi? — Tarixçi alim DANIŞIR...

GÜNDƏM 30 yan 2023, 17:37
"Azərbaycanın Tehrandakı Səfirliyinə edilən terror hücumu və onun nəticəsi təsadüfi deyil idi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib. 

Deputat deyib ki,  bu iyrənc və xoşagəlməz hadisənin təqsirkarı İran hakimiyyəti və onun xüsusi xidmət orqanlarıdır:

Musa Qasımlı

"Təəssüf ki, İranda zaman-zaman rejimlər dəyişsə də, diplomatların  öldürülməsi və səfirliklərə hücum ənənəsi dəyişməyib. Tarixə nəzər yetirsək, bunu açıq-aydın görə bilərik. Hələ, XX əsrin 30-cu illərində SSRİ xarici kəşfiyyatının verdiyi məxfi məlumatda İran kəşfiyyatının İngiltərə Səfirliyinin əməkdaşını izləyərək oğurladığı bildirilmişdi. Vaxtilə, 1978-1979-cu illərdə İranda ABŞ Səfirliyinə hücum edilmişdir. Yəni, onlarla belə tarixi faktları misal çəkmək olar. 

Ümumiyyətlə, İranın molla rejimi hər zaman terrorçu siyasət yürüdüb. Tarixən İranda Aleksandr Qriboyedov kimi diplomatlar da qətlə yetirilib. Bu da onu göstərir ki, fars rejiminin mənfur siyasəti əsrlər keçsə də dəyişməyib. Aleksandr Qriboyedov Rusiyanın Tehrandakı Səfirliyində qətliam nəticəsində öldürülümüşdür. Bunun kimi onlarla tarixi faktları misal çəkmək olar". 



Deputat qeyd edib ki, namərdlik İran-fars rejiminin alnına yazılıb:

"İran bütün beynəlxalq konvensiyaları və adətləri kobudcasına pozur. Özünü cəngəllikdəki vəhşi heyvan kimi aparan İran bütün dünyanın başağrısına çevrilib. İran parçalanmayınca, orada zülm altında inildəyən xalqlar azadlığa çıxmayınca, dünya belə hadisələrin hələ çox şahidi olacaq".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top