"Azərbaycanın Tehrandakı Səfirliyinə edilən terror hücumu və onun nəticəsi təsadüfi deyil idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib.
Deputat deyib ki, bu iyrənc və xoşagəlməz hadisənin təqsirkarı İran hakimiyyəti və onun xüsusi xidmət orqanlarıdır:

Ümumiyyətlə, İranın molla rejimi hər zaman terrorçu siyasət yürüdüb. Tarixən İranda Aleksandr Qriboyedov kimi diplomatlar da qətlə yetirilib. Bu da onu göstərir ki, fars rejiminin mənfur siyasəti əsrlər keçsə də dəyişməyib. Aleksandr Qriboyedov Rusiyanın Tehrandakı Səfirliyində qətliam nəticəsində öldürülümüşdür. Bunun kimi onlarla tarixi faktları misal çəkmək olar".

Deputat qeyd edib ki, namərdlik İran-fars rejiminin alnına yazılıb:
"İran bütün beynəlxalq konvensiyaları və adətləri kobudcasına pozur. Özünü cəngəllikdəki vəhşi heyvan kimi aparan İran bütün dünyanın başağrısına çevrilib. İran parçalanmayınca, orada zülm altında inildəyən xalqlar azadlığa çıxmayınca, dünya belə hadisələrin hələ çox şahidi olacaq".
Aynurə Demokrat.az


