Son sutkanın vaksin statistikası

SOSİAL 29 yan 2023, 17:16
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 87, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 942 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 910, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 820, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 233 təşkil edir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top