Yoluxma sayı açıqlandı — Bu dəfə ölən yoxdur

SOSİAL 29 yan 2023, 17:10
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 903 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.

Son sutka ərzində 1 418, hazırkı dövrədək isə 7 484 660 test aparılıb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top