“Vətəndaş” Tədqiqat və İnkişaf İB səfirliyimizə hücumla bağlı bəyanat yaydı

GÜNDƏM 27 yan 2023, 14:33
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu, insanların ölümü və yaralanması ilə nəticələnən terror aksiyasını lənətləyir və beynəlxalq ictimaiyyəti terroru öz çirkin niyyətlərinə çatmaq üçün vasitə seçən molla rejiminin cilovlanması istiqamətində müvafiq addımlar atmağa çağırır.

“Vətəndaş” Tədqiqat və İnkişaf İB hesab edir ki, Azərbaycan səfirliyinin əməkdaşlarına qarşı həyata keçirilən terror aksiyası İranın xüsusi xidmət orqanları və terror təşkilatı kimi tanınan SEPAH-ın bilavasitə sifarişi əsasında həyata keçirilib. Bunu terror aktını həyata keçirən Yasin Hüseynzadənin sözügedən ölkənin xüsusi xidmət orqanlarına yaxınlığı, onun SEPAH-ın təlim bazalarında hazırlıq keçməsi ilə bağlı məlumatlar da sübuta yetirir. Baş verən terror aksiyasında İranın xüsusi xidmət orqanlarının əlinin olduğunu sübuta yetirən məqamlardan biri də rəsmi Tehranın Azərbaycan səfirliyinə hücum ediləcəyi və diplomatların qətlə yetiriləcəyi ilə bağlı ayrı-ayrı ekstrimist qrup və şəxslərin media resurslarında və sosial şəbəkələrdə yer alan təhdidlərinə münasibətdə heç bir addım atmaması və Azərbaycan əleyhinə total nifrət kampaniyası ilə terror üçün əlverişli fon yaratması, baş verən qanlı cinayət hadisəsini stimullaşdırmasıdır. 

Baş verən hadisə sübuta yetirir ki. İranda heç bir dövlətin diplomatik nümayəndəliyinin təhlükəsizliyinə təminat yoxdur və öz vətəndaşlarının təhlükəsizliyinə önəm verən bütün ölkələr İranla diplomatik münasibətlərə son qoymalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top