Avropa İttifaqının monitorinq missiyası region üçün nə vəd edir?

SİYASƏT 26 yan 2023, 21:59
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası indiyədək həyata keçirilməyib. Bu səbəbdən də,  Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsi düzgün hesab edilə bilməz".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun fikrincə, Avropanın bu addımı atmasının bir sıra səbəbi mövcuddur:

"Düzdür, hazırda bununla bağlı müxtəlif bəhanələr gətirirlər. Guya ki, missiyanın sərhədə gətirilməsiylə regionda daha daha yaxşı şərait yaranacaq. Avropa İttifaqı iki tərəf arasında mütəşşəkil qaydada delimitasiya bağlı müsbət irəliləyişlər əldə edə bilər. Ancaq reallıq onu göstərir ki, Avropa İttifaqının maraqları qabağa çəkiləcək. 


Qeyd edək ki, Rusiyanın regionda varlığı daha aşkar görünür. Məsələn, Rusiyanın hərbi bazası var, ancaq Avropanın bir qurumu belə yoxdur. Təbii ki, missiyanı gətirməkdə Paşinyanın əsas məqsədi Rusiyanı sıxışdırmaqdır. Avropanın isə əsas məqsədi Avropa İttifaqının maraqlarını daha qabarıq, daha təsirli göstərməkdir".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top