"Ukrayna Paris 2024 Olimpiadasını boykot edə bilər"

İDMAN 26 yan 2023, 21:23
Ukrayna Rusiya və Belarus idmançılarının yarışlara buraxılmasının qəti əleyhinədir.

Ukrayna Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə vermək mövqeyinə görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edə bilər .

Bu barədə öz "Facebook" səhifəsində Milli Olimpiya Komitəsinin prezidenti, Ukraynanın gənclər və idman naziri Vadim Qutzeyt məlumat verib.

Qutzeyt bildirib ki, Ukrayna Rusiya və Belarus idmançılarının yarışa buraxılmasının qəti əleyhinədir. Rusiya Federasiyası və Belarus nümayəndələrinə 2024-cü il Olimpiadasında iştiraka icazə verilərsə, ukraynalı idmançılar turniri boykot edə bilərlər. 

"Bəzi beynəlxalq federasiyalar BOK-un rusların və belarusların geri qayıtmasını təşviq etmək cəhdindən qəzəblənib. Onların liderləri Olimpiya sammitinə dəvətə məhəl qoymayıblar və BOK-un müvafiq məsləhətləşmələrində öz mövqelərini bəyan ediblər. Belə bir vəziyyət dövlətimiz üçün qəbuledilməzdir. Biz vəziyyətə təsir edə biləcək və BOK üzvlərinin rəyini dinləyə biləcək bütün beynəlxalq təşkilatlara müraciət etmişik və bundan sonra da müraciət edəcəyik. Mövqeyimiz dəyişməzdir: Ukraynada müharibə davam edərkən, Rusiya və Belarus idmançıları beynəlxalq yarışlarda olmamalıdırlar! Hazırda sanksiyaların uzadılması, rusların və belarusların beynəlxalq yarışlarda iştirakının qarşısının alınması üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot edib Olimpiadada iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, - Qutzeit yazıb.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top