ABŞ "Vaqner"i transmilli cinayət təşkilatı elan etdi

DÜNYA 26 yanvar 2023, 21:10
ABŞ Maliyyə Nazirliyi  "Wagner" i transmilli cinayət təşkilatı elan edib. 

Bu barədə ABŞ Departamentinin saytında məlumat verilib.

"Vaqner"ə qarşı bugünkü genişləndirilmiş sanksiyalar, həmçinin onların tərəfdaşlarına və Rusiya hərbi kompleksini dəstəkləyən digər şirkətlərə qarşı yeni sanksiyalar Putinin döyüş maşınını silahlandırmaq və təchiz etmək qabiliyyətinə daha da mane olacaq”, - ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir. ABŞ hakimiyyəti təşkilatı təkcə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirakda deyil , həm də dünyanın digər ölkələrində, xüsusən də Mərkəzi Afrika Respublikasında və Malidə cinayətlərdə iştirakda ittiham edir "

"ABŞ Maliyyə Nazirliyinin (OFAC) Xarici Aktivlərə Nəzarət İdarəsi  Rusiya Federasiyasının Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlmiş əlavə tədbirlər görməkdə davam edir" -bəyanatda bildirilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top