Media Reysterindən qaçmaq, yoxsa onu doğru?

MEDİA 26 yan 2023, 11:40
Əslinə qalsa, bu yazını gördüyünüz şəkili çəkdirəndən bir gün sonra yazmağı planlayırdım. Sadəcə, başım bir az qarışıq oldu deyə, təxirə düşdü.

Hazırda  Media Reysteri ilə bağlı aparılan etik və etikadan kənar müzakirələri izləyəndən sonra, belə qənaətə gəldim ki, mövzuya məhz indiki məqamda münasibət bildirmək daha yerinə düşüən oldu. Çünki çeşidli adamlardan, fərqli mövqelər görürük və bu məni mövzuya bir qədər geniş rakursdan yanaşmağa vadar etdi.


Şəkildən nəsə anlamayanların nəzərinə çatdırım  ki, arxada gördüyünüz bina  MEDİA-nındır. Əlimdəki vəsiqə isə  həmin qurum tərəfindən fərdi jurnalist kimi Media Reysterindən keçdiyimi təsdiqləyir və sözügedən qurum tərəfindən verilib.

Bu şəkili paylaşandan sonra, çoxlu sayda mesajlar, zənglər aldım. Əksəriyyət o vəsiqəni necə və hansı asan yollarla almağın mümkünlüyü ilə maraqlanırdı. Maraqlıdır ki, bu sualları ünvanlayanların sırasında peşəkar jurnalistika ilə məşğul olan çox az sayda adama rast gəldim. Belə qənaətə gəldim ki, əksəriyyətin Media Reysterinin nə  olduğu haqda müfəssəl məlumatı yoxdur və  təsəvvürlərində avtomobilin içində və ya çayxanada hansısa baş redaktor tərəfindən limitsiz olaraq möhürlənərək, paylanan vəsiqələrlə bağlı ab-hava hələ də qalmaqdadır. Çoxları hələ də bilmir ki, Reysterdə iki cür qeydiyyat aparılır: fərdi jurnalist və media subyekti kimi.

Şəxsimə  ünvanlanan  məlum müraciətlərin içində 2-si məni çox təəccübləndirdi. Hər iki şəxs Azərbaycanın şedevr jurnalist imzasıydı. Onların adlarını da çəkə bilərəm. Sadəcə, özlərindən icazə almadığım üçün, bunu etik saymıram. Hər iki həmkarım Reysterə düşsələr də, düşməsələr də Azərbaycan mətbuatında imzasını və jurnalist adını təsdiqləmiş şəxslərdi. Belə başa düşdüm ki, hörmətli həmkarlarımız hazırda konkret hansısa redaksiya ilə əməkdaşlıq eləmir, ancaq Reysterə düşməyin qanuni yolları ilə maraqlanırlar ki, adlarını ora sala bilsinlər.

Görürsünüzmü, peşəkar və cəsarətli qələb sahibləri olan  bu həmkarlarımız anlayır ki, qəbul edilən yeni qanuna qarşı üsyan etmək məqbul variant deyil. Qanuni yollarını tapıb, orada təmsil olunmaq lazımdır. Bəli, söhbət kiməsə etirazdan deyil, məhz qanuna itaətsizlikdən gedir.  Reysterə düşməyin tələbini hansısa məmurun və ya qurum  rəhbərinin istəyi kimi yozmaq doğru deyil. Bu tələblər Prezident İlham Əliyevin imzası ilə təsdiqlənən qanunda öz əksini tapıb. Qanuna əməl etmək isə məcburi xarakter daşıyır.

Bir anlıq təsəvvür edək ki, biz sürət həddi saatda 60 km müəyyənləşdirilən bir yolda saatda 100-lə hərəkət edirik. Bu əməlimizlə qanunu pozmuş sayılırıq və müvafiq qaydada cərimələnirik. Kim deyə bilər ki, əcəb edirəm, 100-lə sürürəm? Qanuna tabe olmamağın adı itətsizlikdi və bu əmələ görə Prezidentin imzası ilə təsdiqlənmiş müxtəlif məcəllər tərəfindən cərimələr və ya cəzalar nəzərdə tutulur.

Media Reysteri də  qüvvəyə minmiş Media Haqqında Qanunun tələblərinə uyğun şəkildə aparılır. Bəli, razıyam ki, istənilən qanunda bizim razılaşmadığımız və onların tətbiqi ilə bağlı obyektivlikdən kənar məqamlar ola bilər. Belə olan təqdirdə, məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi, qanuni yollarla mübarizə aparmaq  lazımdır. Səs-küylə, söyüşlə, təhqirlə bu məsələlər həllini tapa bilməz.

Hələ Media Reysteri ilə bağlı məlumatın olmadığı dönəmdən mən və digər həmkarlarım, jurnalist adından suistifadə halları ilə bağlı çoxlu sayda məqalələr yazmışıq. Etiraf edək ki, bu şərəfli peşə tam hörmətdən salınmış vəziyyətə gəlmişdi. Masaj salonunda reyd keçirən polis eskort xidmət həyata keçirən qadının cibindən jurnalist vəsiqəsi aşkar edirdi.

Avtomobili olan şəxslər yalnız DYP-yə  göstərmək üçün, müxtəlif redaksiyalardan çox ucuz qiymətə jurnalst vəsiqəsini pulla  alıb istifadə edirdilər. Belə misalları çox çəkmək olar və kimsə deyilənlərin doğru olduğunu inkar edə  bilməz. Onda isə niyə bu sahədə nizamın yaradılması xoşumuza gəlmir? Mən hələ fərdi jurnalist kimi qeydiyyatdan danışıram. Bugünlərdə  faktiki olaraq jurnalistika fəaliyyəti ilə məğul olmayan bir QHT rəhbərinin Reysterlə bağlı gileyini eşitdim. Sən demə, bu adamın saytı da var və onu  heç bir qanunun tələbinə əməl etmədən Reysterə salmaq istəyir. Ona belə bir sual verdim: mən  heç nə təqdim etmədən sənin kimi ildə bir və ya iki dəfə QHT Agentliyindən 8-10 min manat qrant alıb, xərcləyə bilərəm? Ünvanladığım sualın cavabını mən özüm ondan da yaxşı bilirəm. Mənim qanunla qeydiyyatdan keçmiş QHT-m, qrant almaq üçün təsdiqlənmiş layihəm olamasa, bu, mümkün deyil. Başqa bir misal, şəhərin istənilən bir yerində qəssabxana və ya aptek açmaq üçün qanunun tələblərinə uyğun olaraq,  müxtəlif  qurumlardan icazə tələb olunur. Buna əməl etmədən həmin yerlərin açılması qeyri-mümkündür. Bəyəm, mətbuat adını sadaladığım fəaliyyət növlərindən məsuliyyəti az olan təsisatdır ki, kim istədi gəlib asanlıqla bura taransformasiya olub “at oynatsın”? Nəyə görə, heç bir ali təhsili olmayan, yoldan keçən adi bir adam da KİV adı ilə MMC kimi qeydiyyatdan keçib, 20 manata aldığı bir domen üzərindən 200-300 manata yığdırdığı bir sayt və MMC-nin möhürü ilə jurnalistikanın adı altında jurnalistikadan başqa nə ilə istəsən məşğul olmalıdır?  Dəyərli həmkarlar! Bəli, bu mövzuda məhz jurnalistikanın təəssübünü çəkən, bu yolda əziyyətləri olan həmkarlarıma müraciət edirəm. Biz birlikdə bu sahənin hörmətini qaldırmalıyıq. Bəli, razıyam ki, qəbul edilmiş qanunda bir qədər sərt tələblər də öz əksini tapıb. Gəlin onların bəzilərinə nəzər yetirək və bundan çıxış yolunun olub-oldağını çözək.

Fərdi jurnalist kimi qeydiyyatdan keçmək üçün bəzi tələblər var. Ən əsaslarını diqqətə çatdırıram. Jurnalistin mütləq ali təhsili və media subyekti ilə əmək müqaviləsi olmalıdır. Özü də Reysterə müraciət etmiş şəxs kimi deyə bilərəm ki, bu məlumatların doğruluğu vahid pəncərə sistemi tərəfindən insan müdaxiləsi olmadan yoxlanılır. Məsələn, ali təhsil diplomunun seriyasını yazırsan, sistem özü həmin sənədin saxta olub-olmadığını müəyyən edir. Əmək müqaviləsi ilə bağlı kiçik qeydi etməklə sənin necənci ildən, hansı redaksiya ilə müqavilə səaslnda işlədiyin üzə çıxır. Yəni bu sistemə kiminsə müdaxiıə etməsi qeyri-mümkündür.

Məndə olan məlumata görə, hazırda hətta MEDİA tərəfindən maliyyə ayrılan bəzi saytların rəhbərləri belə , əmək müqaviləsinin qaydada olmaması, ali təhsillə bağlı sənədlərdə problem yaşandığı səbəbindən fərdi jurnalist kimi Resyterdən keçə bilməyiblər. Yəni adamın saytı media subyekti kimi Reysterdən keçib, amma özü fərdi jurnalist kimi sistemə daxil edilməyib. Bunun özü prosesin obyektiv aparıldığına bir nümunə sayıla bilər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən son 12 ili gündəlik nəşr olunan qəzetdə işləyirəm. Kollektivdə demək olar ki, hamısı köhnə jurnalistlərdi. Biz hər gün qəzet üçün aşağısı 4 mövzu işləyirik. Yəni əziyyətli və məsuliyyətli bir işlə məşğuluq. İndi nə dərəcədə insaflı olar ki, belə adamlar da juralist sayılsın, 20 manata hansısa “Qulaqburması” qəzetindən vəsiqə əldə edib, faktiki olaraq heç bir jurnalist fəlaiyyəti ilə məşğul olmayan  şəxs də? Sabah dövlət onsuz da çətin maddi vəziyyətdə olan biz jurnalistlərlə bağlı hansısa güzəştlər  tətbiq etmək istəyəndə, saxta jurnalist vəsiqəsi gəzdirənlər gəlib asanlıqla  bizim haqqımızı mənimsəmiş olacaq. Biz bunun ən bariz nümunəsini jurnalistlər üçün paylanan iki binadakı ədalətsizlikdə gördük. Ali təhsillə bağlı tələb də, yerində olandır. Razılaşarsınız ki,  ali təhsili olmayan, lakin parlaq yazı qabiliyyəti olan çox az sayda jurnalist adı sadalamaq olar. Buna görə də, biz azlığa deyil, çoxluqdan doğan məntiqi reallıqlarla hesablaşmalıyıq. 

Görünən budur ki, ən böyük narazılıq saytların media subyekti kimi Reysterə salınması ilə bağlı qoyulan tələblə əlaqələdir. Nəzərinizə çatdırım ki, mənim özüm sayt təsiscisi və Baş redaktoruyam. İndiyə qədər dövlətdən bir qəpik də maliyyə almadan, şəxsi gücümlə Azinforum.az adlı saytı 2014-cü ilin mart ayından bu günə kimi yaşadıram. Həmin vaxtdan indiyə kimi sayt bir gün də olsun fəaliyyətini dayandırmayıb. Bazamızda 150 mindən çox xəbər var. Eyni adlı saytın müxtəlif sosial şəbəkələrdəki hesablarına  aylıq giriş sayı 10 milyonlarla ölçülən səhifələri mövcuddur. Biz bunu bir neçə fədakar dostumzla ikinci iş yeri kimi, çalışaraq etmişik. Bilirsiniz ki, məhdud imkanlarla sadalanları etmək çox çətindir. Bizim hazırladığımız özəl yazılar, araşdırmalar hətta dünyanın ən nüfuzlu media qurumları tərəfindən müzakirə mövzusu olur, bizə sayt olaraq istinadlar edilir. Ancaq bütün bunlar mənim rəhbəri olduğum saytın media subyekti kimi reysterdən keçməsinə imkan vermir. Çünki orada gündəlik 20 özəl xəbər hazırlamaq kimi bir öhdəlik var.

Bilirəm ki, mən bütün üstünlüklərimi sadalasam da keçərli deyil. Yenə MEDİA-da quraşdırıalan süni itellekt  asanlıqla kimin neçə özəl yazı sayta yerləşdirdiyini asanlıqla müəyyən edir. Etiraf edim ki, bir-iki nəfərlə gün ərzində bunu etmək mümkün deyil. Ancaq vəziyyətdən çıxış yolları var. Mən bir neçə yolu fikirləşmişəm. Jurnalistikaya böyük həvəsi olan çoxlu sayda gənclər var. Onlarla könüllük prinsipləri əsasında əməkdaşlıq etmək olar. Artıq qəbul etməliyik ki, bir adam- bir sayt prinsipi keçərli deyil və dövrün tələbi ilə uzlaşmır. Bunun adı redaksiyasıdırsa, axı bir adamdan ibarət  redaksiya ola bilməz. Məhz elə bu amil hazırda jurnalistləri zəif duruma salıb. Hərə özünə bir sayt açıb ağa olmaqdansa, bir neçə istedadlı jurnalist güclərini təmərgüzləşdriməklə ortaya ciddi layihə qoya bilərlər. Biz bu variantın üzərində də düşünürük. Onda həmin redaksiyalar üçün 20 yox, 30 özəl xəbəri belə hazırlamaq problem olmayacaq. Gəlin qəbul edək ki, bir özü və bir saytı olanın rəsmi sənədində saytının qeydiyyatını  MMC olaraq İnformasiya Agentliyi yazdıranlar da var.   Bir nəfərlə necə Agentlik işlətmək olar? Dəyərli dostlar, bu qanun layihəsinin müzakirəsi zamanı bir qədər fəal olub müəyyən təkliflərlə çıxış etmək lazım idi. Bu dönəm keçibsə, indi qanunun tələblərinə uyğun şəkildə  saytlarımızı yaşatmağa çalışmalıyıq. Qanunvericiliyin müəyyən maddələrinin təkmilləşdirilməsi, dəyişdirilməsi ilə bağlı təşəbbüslərlə də çıxış etmək olar. Bunu da bizə kimsə qadağan etmir. 

Qanunun tələblərini dərindən öyrənin adam kimi nəzərə çatdırmaq istəyirəm ki, Reysterin tələbləri heç kimin jurnalıist fəaliyyətini məhdudlaşdırmır. Hazırda sosial şəbəkələrin cəmiyyətə, ictimai rəyə böyük təsiri var. Reysteri qəbul etməyən şəxslər, saytlarının adını bloq edib öz fəaliyyətlərini davam etdirə bilərlər. Bizr sözlə, bu məsələdən doğan problemələr fərdi mahiyyət daşımır. Ola bilər ki, sabah mənim də rəhbərim oldum sytla bağlı mənfi qərar verildi və mən həmin qərarla razılaşmadım. Belə olacağı təqdirdə qanuni müstəvidə öz mübarizəmi aparmalıyam. Bunun üçün ümumi Reysterə hücum çəkməyə heç bir lüzum yoxdur. Orada təmsil olunmağa özünü layiq bilən və tələblərə cavab verən  bütün peşəkar həmkarlarımzın haqqı çatır. Bu gün Reyterə sərt etiraz edənlərin sırasında bəzi peşəkar jurnalst olan həmkarlarımzın da rast gəlirik. Əminəm ki, onlar bir  balaca təşəbbüs göstərsələr, asanlıqla Resyterdə təmsil oluna bilərlər.  Araşdırmalar göstərir ki, etiraz edənlərin sırasında ümumiyyətlə Reysterə müraciət etməyənlər çoxluq təşkil edir. Əksəriyyət qanunun tələblərinə cavab vermədiklərini bildikləri üçün belə müraciəti etmirsə, jurnalistikada səhman yaratmaq istiqamətində addaım atılan  bir prosesi niyə qaralamaq istəyir, bunu anlamıram...

Məhəmmədəli Qəribli
Jurnalist

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top