“Anna Akopyanı az qala Fatimeyi Zəhra səviyyəsində qəbul etdilər” — Sabiq deputat

GÜNDƏM 24 yan 2023, 21:54
"İranın 5-ci kolonu Azərbaycanda güclüdür və bizdə dini müstəvidə müəyyən boşluqlar var. Çünki orta məktəblərdə ilahiyyat dərsi keçilmir, ali məktəblərdə  də müəllimlərin insafına qalıb ki, əsl islam haqqında məlumatlar versin. Amma bunlar yetərli deyil. İran da o boşluğu burada doldurmağa çalışır". 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, siyasi şərhçi Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ölkədə olan müəyyən qüvvələr Azərbaycanda qarşıdurma yaratmaqda çox maraqlıdır:

"44 günlük müharibədən sonra Azərbaycan xalqının qələbəsi Ermənistan və onun ən yaxın sirdaşı olan İranı da narahat edir. Azərbaycanın da İranın tutduğu mövqeyə görə tənqid etməsi, ona dövlət səviyyəsində münasibət bildirməsi, təbii ki, fars-molla rejimini narahat edir. Bunlar da öz düşüncə tərzlərinə uyğun olaraq belə bir addıma əl atıblar. Azərbaycanın etnik tərkibi rəngarəndir. Bu etnik tərkib 44 günlük müharibədə bir "dəmir yumruq" oldu. Fars-molla rejimi həmin yumruğun özlərinin başına dəyməsindən qorxurlar. Öz aləmlərində Azərbaycana qarşı qarşıdurma yaratmaq istəyirlər".

C.Nuriyev hesab edir ki, İran öz xarici siyasətində həddən artıq ciddi yanlışlıqlara yol verir:

"Bizim nə İran dövlətilə, nə də İranda yaşayan xalqlarla problemimiz var. Azərbaycan əsasən öz soydaşları ilə bağlı gündəmə gəlir. 200 minlik ermənilər üçün məktəblər, kilsələr var. Amma, 40 milyonluq türklər üçün heç nə etməmisən. 30 illik işğal dövründə də ermənilərin yanlarında oldular. İran Azərbaycan məscidlərində donuz saxlayan ermənilərin yanında oldu. Anna Akopyanı az qala Fatimeyi Zəhra səviyyəsində qəbul etdilər. Bu da onu göstərir ki, İranda din çox siyasiləşdirilib. Azərbaycanda isə din həddən artıq dünyəvi bir dindir".

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top