"Ukrayna heç vaxt Belarusa hücum etmək niyyətində olmayıb və gələcək üçün belə planları yoxdur"
Demokrat.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski finlandiyalı həmkarı Sauli Ninisto ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
"Biz Belarusa hücum etmək niyyətində deyildik və fikirmiz də yoxdur. Və bu, bütün Ukrayna xalqından belarus xalqına əsas siqnaldır. Bizim üçün vacibdir ki, Belarus müstəqilliyini itirməsin və hec kimdən asılı olmasın. Bir daha təsdiqləyirəm ki, bizim belə bir fikrimiz yoxdur"— deyə, Zelenski bildirib.
Eyni zamanda, Zelenski Belarusdan ölkə ərazisinə təhlükə ola biləcəyini də istisna etməyib.
Xatırladaq ki, Belarus rejiminin lideri Aleksandr Lukaşenko Qərbdən Minskə “təhdidlər” olduğunu bəyan edib və əlavə edib ki, Ukrayna Belarusa hücum etmək istəyir.
Leyla
Demokrat.az