Naxçıvanda yüksək vəzifəyə təyin olunan Sadıqov bu məşhurun oğludur — DOSYE

DAXİLİ SİYASƏT 24 yan 2023, 19:32
Demokrat.az globalinfo.az-a istinadla Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilən İlqar Hacıbala oğlu Sadıqovun dosyesini təqdim edir:

İlqar Sadıqov əslən Naxçıvandan olsa da, 1965-ci il sentyabrın 25-də Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra İqtisadiyyat Universitetinə daxil olub və oranı yüksək nəticə ilə başa vurub.

Onu tanıyanlar bildirir ki, İ.Sadıqov kifayət qədər savadlı və təcrübəli kadrdır.

Qeyd edilir ki, o, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb və bu müddətdə xeyli faydalı işlər görüb.

Məlumat üçün bildirək ki, İ.Sadıqov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Hacıbala Sadıqovun oğludur.

H.Sadıqov “Şərəf nişanı” ordeni, Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, SSRİ Ədliyyə Nazirliyinin Döş nişanı ilə təltif olunub. 1991-ci ildə Hacıbala Sadıqov ədliyyə sistemində uzun müddətli qüsursuz fəaliyyətinə görə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

xxx

Yanvarın 24-də Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat olub.

Demokrat.az
bildirir ki, İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib.

O buna qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top