Azərbaycanın olimpiya çempionu HƏBS EDİLDİ

İDMAN 24 yan 2023, 14:20
Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Səbirə Məmmədzadənin icraatına verilib  

Məhkəmənin hazırlıq iclası fevralın 1-nə təyin edilib.

İttihama görə, Elman Muxtarov ötən il paytaxtda Mikayıl Məmmədovu bıçaqlayıb. Bir müddət sonra həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib.

Elman Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Elman Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib.

Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. 

Daha sonra karyerasını başa vurub.

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top