Pelenin adı Rusiyada əbədiləşdiriləcək

İDMAN 21 yan 2023, 21:00
Rusiya Futbol İttifaqı Pelenin adının əbədiləşdirilməsi variantlarını müzakirə edir.

Demokrat.az
-ın xarici mediaya istinadla məlumatına görə, RFU-nun mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda bununla bağlı yekun qərar veriləcək:

“RFU Pelenin xatirəsinin Rusiyada əbədiləşdirilməsi variantlarını müzakirə edir. Böyük braziliyalı futbolçu ilə birlikdə meydana çıxan rusiyalı futbol veteranlarının da iştirak etdiyi müzakirənin nəticələrinə əsasən, yekun qərar veriləcək”.

Xatırladaq ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. Son illərdə o, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Braziliyalı hələ də tarixdə üç dəfə Dünya Kubokunu qazanan yeganə oyunçudur.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino hər bir ölkədə Pelenin adına stadion olmasını təklif etmişdi. /Lent.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top