ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan etdi

DÜNYA 20 yan 2023, 23:49
ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, Maliyyə Nazirliyi “Vaqner” Qrupunu “ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir. O, həmçinin bu kvalifikasiyaya əsaslanaraq, ABŞ-ın sözügedən təşkilata qarşı əlavə sanksiyalar tətbiq edəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top