Kiyev vilayətinin Brovarı şəhərində qəza yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti "Telegram"da məlumat yayıb .
"Kiyev vilayətində aviasiya qəzası baş verib Brovarıda axtarış-xilasetmə əməliyyatları artıq başa çatıb.Biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb. Təyyarə qəzası nəticəsində 11-i uşaq olmaqla, 25 nəfər xəsarət alıb.
Qeyd edək ki, Kiyev vilayətinin Brovarı şəhərində vertolyot uşaq bağçası və yaşayış binası yaxınlığında qəzaya uğrayıb . Təyyarə qəzası nəticəsində daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar.
Leyla
Demokrat.az