Rusiya raketinin qalıqları Rumıniya çimərliyində tapıldı

DÜNYA 17 yan 2023, 00:01
Rumıniyanın Konstansa vilayətinin çimərliyində “Pantsir-S1” hava hücumundan müdafiə raket kompleksinin fraqmenti aşkar edilib.

Raket hissəsi Dobruca Fövqəladə Hallar Müfəttişliyinin istehkamçıları tərəfindən Qara dəniz sahilində tapılıb.

Məlumata görə, Rumıniya Müdafiə Nazirliyinin mütəxəssisləri raketin qalıqlarını tədqiq edəcəklər.

Ehtimallara görə, bu, İlan adası uğrunda gedən döyüşlərdə istifadə edilən “Pantsir-S1” raketinin sürətləndiricisidir. Bu fraqment hazırda heç bir təhlükə yaratmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top