"Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram" — Elman Nəsirov

SOSİAL 16 yan 2023, 19:43
"Bu dəfə tətilimi ölkəmizdə keçirdim". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında tətildən qayıdan Milli Məclisin deputatlarından Elman Nəsirov deyib. Deputat qeyd edib ki, tətildə olduğu müddətdə işgüzar fəaliyyətlə məşğul olub:

"Qeyd edim ki, həm Şamaxıda, həm də Cəlilalabda oldum. Demək olar ki, işgüzar rejimdə fəaliyyət göstərmişəm. Məqalələr yazdım, müsahibələr verirəm, televiziya kanallarında çıxışlarım oldu. Qeyd edim ki, Cəlilabada xeyli qar yağmışdı deyə, müəyyən problemlər yaranmışdı. Orada müəyyən məsələlərin həll edilməsində iştirak etdim. Həddən artıq xətlər yükləndiyindən  işıqlar sönmüşdü və dərhal da rayonda işıq idarəsi bu prosesə reaksiya verdi. Bundan başqa, seçicilərimlə görüşdüm. Yəni, prinsip etibarilə tətildə istirahətim olmayıb. İşin özünə elə istirahət kimi baxıram".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top