"MEDİA tamamilə yeni keyfiyyət mərhələsi formalaşdırıb"— Deputat

MEDİA 16 yan 2023, 18:00
"Medianın İnkişafı Agentliyinin yaranması Azərbaycan mətbuat tarixində tamamilə yeni keyfiyyət mərhələsini formalaşdırmış oldu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki,  hazırda informasiya çox mühüm  bir vasitəyə çevrilib:

"İstər daxili informasiya məkanı, istər  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsi baxımından, qlobal informasiya məkanında dilçilik baxımından, MEDİA-nın iki ildə gördüyü işlər olduqca böyükdür. Eyni zamanda, bütün qurumlarda olduğu kimi, şübhəsiz ki, informasiya istehsal edən, onu yoxlamalarda da imtiyaz, qeydiyyat bu kimi digər universal məsələlər də olduqca vacibdir. Ən əsas məsələlərdən biri bu iki ildə ən böyüklərindən biri "Media haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu oldu. Bu qanun Azərbaycan qanunvericilik tarixində ən çox ictimai müzakirələrə cəlb edilmiş qanunlardan biri oldu. Ölkənin təkcə danışıqları və informasiya aktivləri deyil. Digər ictimai fəal cəhdləri də, qeyri-hökumət təşkilatları da,  instituları da "Media haqqında" qanunun müzakirəsinə cəlb olundu. Beləliklə, ümumi ictimai rəyin mənimsiyə biləcəyi formada bir qanun qəbul edildi. Düşünürəm ki, "Media haqqında" Qanunun hazırlanması,  həm də onun açıq formada ictimai müzakirələrə təqdim olunması medianın gördüyü çox vacib işlərdən biridir".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top