İkinci Fəxri xiyabanda RƏZALƏT: Şəhidlərin məzarına qoyulan güllər oğurlandı — VİDEO

HADİSƏ 16 yan 2023, 14:53
İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.

Bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər. 

Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:

“Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları videomüşahidə kameralarına da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”.

Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir. 

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top