ABŞ Dövlət Departamentinin idarə direktoru Bakıya gəldi

XARİCİ SİYASƏT 14 yan 2023, 18:09
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

Demokrat.az
xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.

Məlumata görə, M.Kemeron keçirəcəyi görüşlərdə rəsmi Vaşinqtonun Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qaldığı mesajını çatdıracaq, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq.

Qeyd edək ki, M.Kemeron Gürcüstanda, həmçinin Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top