Yaponiya hökuməti Ukraynanın bərpası üçün 95 milyon dollar ayırıb, xüsusən də bu vəsait tərəfdaşlıq sazişinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına yönəldiləcək.
Demokrat.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Müvafiq sazişi bu gün Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda, BMT İnkişaf Proqramının rəhbərinin köməkçisi, BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç Ukraynanın Baş nazirinin yenidənqurma üzrə müavini Aleksandr Kubrakovun iştirakı ilə imzalanıb.
“Ukrayna, Yaponiya və BMT-nin İnkişaf Proqramı arasında tərəfdaşlıq məhz bu effektiv əməkdaşlığın nümunəsidir. Bu da təkcə düşmənə qarşı durmağa deyil, həm də məhv edilənləri tədricən bərpa etməyə imkan verir.”, - deyə Kubrakov bildirib.
Qeyd olunur ki, yardım proqramı beş əsas istiqamətə yönəlib.
Qeyd olunur ki, 2022-ci ilin aprelində Yaponiya artıq partlayıcı sursatların və dağıntıların təcili təmizlənməsi üçün 4,5 milyon dollar ayırıb.
Leyla
Demokrat.az