Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanıldılar

SOSİAL 11 yan 2023, 21:55

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10 840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı rayonunun Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli olduqları müəyyən edilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top