Naxçıvanda terminallarda elektrikdən istifadəyə görə ödənişlər bərpa olunub

SOSİAL 11 yan 2023, 20:02
Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvanda ödəniş terminallarından digər ödənişlər mümkün olsa da, elektrik və təbii qaz smart kartlarını yükləmək mümkün olmurdu.

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırmasına başlayıblar.

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top