İranda keçmiş nazir müavini edama məhkum edildi

REGİON 11 yan 2023, 19:15
İranın müdafiə nazirinin keçmiş müavini Əlireza Əkbəri casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilib.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, Ə.Əkbəriyə Böyük Britaniya adına casusluqda və İranın mühüm məlumatlarını xarici kəşfiyyat xidmətləri ilə qəsdən paylaşmaqda ittiham olunur.

Ali Apellyasiya Məhkəməsi əvvəllər 2019-cu ildə İrana qarşı casusluq ittihamı ilə həbs edilən Əkbərinin Ali Məhkəmə tərəfindən verilən qərarını qüvvədə saxlayıb.

“Əlireza Əkbər Britaniya kəşfiyyatının ən mühüm casuslarından biri olub, o, ölkə haqqında tam şüurlu və məqsədyönlü şəkildə Böyük Britaniyanın “Mİ-6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə ölkə haqqında mühüm məlumatları çatdırıb”, - deyə Kəşfiyyat Nazirliyi bəyanat bildirilir.

Qeyd olunub ki, casusun İngiltərə kəşfiyyat mərkəzi və rabitə şəbəkələri ilə necə əlaqə saxladığı Kəşfiyyat Nazirliyi tərəfindən müəyyən edilib. Hətta Əkbərinin də Britaniya vətəndaşı olduğu müəyyənləşib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top