Keçmiş FSB agenti Fuad Abbasov haqqında danışdı — VİDEO

GÜNDƏM 09 yan 2023, 22:02
Rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkinin rəsmi Youtube kanalı olan “Qulaqu-net”, keçmiş FSB agenti Pavel Belomestnıx ilə “FSB diasporları necə parçalayır və rüşvət alır, günahsızları həbs edir və arzuolunmazları deportasiya edir” başlıqlı müsahibə dərc edib.

Demokrat.az xəbər verir ki, keçmiş FSB agenti Pavel Belomestnı, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və Terrorizmlə Mübarizə bölməsinin (qısaca FSB) yüksək rütbəli əməkdaşlarının Moskvada xarici diasporları necə ələ keçirməsindən, onların 7 sıfırlı rəqəmlərlə rüşvət tələb etməsindən, FSB əməkdaşlarının məhkəmə hakimlərinin kabinetlərinə necə girib “lazımi” qərarlar yazmasından danışıb. Pаvel Belomestnıx xarici diaspora rəhbərlərinin FSB-nin nəzarəti altında işləməsindən, Azərbaycanlı və Türkiyəli jurnalist Fuad Abbasovun simasında FSB’-yə işləməktən boyun qaçıran şəxslərin isə “arzuolunmaz” elan edilərək Rusiyadan necə qovulduğunu və “oğurlanmış” avtomobillərin Azərbaycandan keçirilərək İrana maneəsiz çıxışı ilə cinayət sxemləri təşkil edildiyindən danışıb.
Keçmiş FSB agenti Fuad Abbasov haqqında açıqlama verib. Ona gah Türkiyə agenti, gah Azərbaycan agenti, gah da Avropa agenti deyirdilər, bircə MOSSAD və CİA agenti demirdilər, əslində isə o..."

Keçmiş FSB agenti Pavel Belomestnıx bunları deyib: «Bir jurnalist vardı, Qarabağın ən böyük probleminin ora Rusiyanın qarışması olduğunu deyirdi. O deyirdi ki, nə vaxt ki Rusiya Qarabağdan cıxacaq, orda sülhə nail olmaq mümükün olacaq. Çünki Abxaziya, Dağlıq Qarabağ, Prednestrovye, LDNR kimi proksi-ölkələr yaradaraq hər iki tərəfə təyziq göstərmək Rusiyanın maraqları daxilindədir. Qarabağ Azərbaycanın ərazisidir və hər kəs bunu qəbul edir. Amma orada böyük erməni icması var və bu Ermənistan üçün də ağrılı yerdir. Beləcə Rusiya həm Ermənistan həm də Azərbaycana təyziq göstərmək üçün bu movzunu aktual saxlayır. Bu adamın jurnalist olduğunu sonradan öyrəndim. Daha əvvəllər FSB əməkdaşları onun gah Türkiyə agenti olduğunu, gah Azərbaycan agenti olduğunu, gah Avropalı agent olduğunu deyirdilər. Heç omasa Mossad və CİA agenti olduğunun deyilməməsi onu qorumuş oldu. Mən, FSB əməktaşı ilə birliktə Moskva Əyalət Məhkəməsindəki jurnalistin apelyasiyasına baxıldğı zaman iclasda iştirak etmişdim. FSB əməktaşı heç bir şeyi gizlətmədən məhkəməyə gerçək vəsiqə ilə gəlmişdi və eləcə də qeydiyatdan keçmişdi. Mən isə ümumvətəndaş pasportum ilə qeydiyyatdan keçmişdim. Bütün bunlar məhkəmə qeydlərində mövcuddur. İclasdan əvvəl FSB əməkdaşı məhkəmə katibinin otağına girdi, çıxdıqdan sonra orada jurnalistlərin və vəkillərin toplandığını gördük. Məhkəmə iclası çox qısa oldu və cənab Abbasovu Rusiyanın dövlət düşməni elan edildi və təcili deport edilməsi istəndi. Məhkəmədən çıxdıqdan sonra FSB əməkdaşı öz rəhbərliyinə zəng edərək Zaqafkaziya xalqları haqqında təhqiramiz sözlər işlədərək, bu jurnalistin deport edilməsi hakkında "qəhrəmanlığından" danışarak, sevinə biləcəyini dedi.

Aparıcı Vladimir Oseçkinin dəqiqləşdirici suallar verərək, "Deməli, FSB əməliyatcısı Viktor Çernişov məhkəmədə hakimin və katibin otağına gidərək, jurnalist Abbasovun Rusiyadan deport edilmə qərarı alınmasında iştirak etmişdir?" sualına cavab olaraq keçmiş FSB agenti Pavel Belomestnıx: "Bəli onun adı Fuad Abbasovdur, indi Bakıda yaşayır, Rusiya Azərbaycanlıları icmasına aid “MİSRA”adlı kanalını idarə edir. Əgər bizi azərbaycanlılar izləyirsə, onda Fuad Abbasova mənimlə əlaqə qurmasını istəyə bilərlər, onun haqqında bildiklərimi danışaram. Çünki, mənim fikirimcə əgər bir insan agentdirsə, bunu sübut eləmək lazımdır. Əgər o öz fikirini söyləyirsə, hər gün diz üstündə dəyişdirilən konstitusiyamızda hələ də düşüncə azadlığının mövcud olduğunu fikirləşirəm və buna görə insanı cəzalandırmaq olmaz" deyə cavablandırıb.

Məsələ ilə bağlı jurnalist Fuad Abbasov Demokrat.az-a açıqlama verib.

"Mən bunu “Qulaqu-net” internet televiziya kanalından öyrəndim və oradakı keçmiş  FSB agenti  mənim onunla əlaqə saxlamağımı istəyir.  Həm diasporamızın, həm icmamızım, həm də ki, onların FSB tərəfindən idarə edilməsi haqqında müəyyən məlumatlar olduğunu söyləyir. Mən ona email vasitəsilə məktub yazdım və cavab gözləyirəm.  Əgər msbət cavab versə, əlbəttə ki,  Rusiya azərbaycanlılarının diaspora və icma fəaliyyətlərini nəzarətdə saxlayan və Federal Təhlükəsizlik Xidmətini və digər şəxslərin fəaliyyəti haqqında geniş video çarx yayımlayacam". 

Həmin video materialı təqdim edirik:
 
Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top