Bu avtobusların marşrutu dəyişdi — SƏBƏB

SOSİAL 08 yan 2023, 14:33
Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
 
Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top