Gəncədə kirayədə qalan yeniyetmə naməlum xəstəlikdən öldü

HADİSƏ 08 yan 2023, 13:58
Gəncədə 14 yaşlı yeniyetmə naməlum şəraitdə vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Qusar rayon sakini 2009-cu il təvəllüdlü Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, ancaq xəstəxanada müayinə zamanı artıq həyatını itirdiyi məlum olub.

Yaxınların Elnur Ulubəyovun ötən gün bir az qızdırması olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top