"Vaksinasiya prosesi yenidən gündəmə gələ bilər" — İnfeksionistdən BƏDBİN PROQNOZ

GÜNDƏM 06 yan 2023, 19:44
"Koronavirusa yoluxmada artım müşahidə olunur. Bu da Çində olan çox sürətli yoluxma ilə əlaqəlidir. Bizdə dünyanın bir hissəsiyik və Çində olan artma sayı da bizə öz təsirini göstərib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. Həkim qeyd edib ki, yoluxmanın artmasıyla vaksinasiya prosesi də yenidən gündəmə gələ bilər:

"Hələki pandemiya davam edir və respublikaya daxil olan şəxslərin peyvənd olunması vacibdir. Bu qismən də olsa, yoluxmanın qarşısını ala bilər".

M.Əliyev Azərbaycanda vaksinin istehsal olunması məsələsinə də toxunub:

"Ölkəmizdə peyvəndi istehsal etmək əslində çox çətin bir prosesdir. Peyvəndin istehsal olunması üçün onun inrfrastrukturu lazımdır. Həm də bunun elmi tərəfi var. Onu istehsal etmək üçün yer lazımdır. Bu, çətin prosesdir və bizdə belə bir təcrübədə yoxdur deyə vaksin hazırlanması prosesi də çətindir. Ola bilsin ki, hansısa bir ölkələrlə bir yerdə istehsal etmək mümkün ola bilər. Bilirsiniz ki, Türkiyədə də vaksin istehsal edirlər. Açığı deyim ki, Azərbaycanın özünün vaksin istehsal etməsi yaxın gəlcəək üçün çətindir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top