Son sutkada 19 nəfər koronavirusa yoluxub — FOTO

SOSİAL 02 yan 2023, 16:51
Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 961 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 477 nəfərdir.

Ölkədə son sutka ərzində 598, hazırkı dövrədək isə 7 432 722 test aparılıb. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top