"Barselona"nın baş məşqçisi Xavi Hernandez futbol kralı Pelenin vəfatı ilə bağlı başsağlığı verib.
Demokrat.az "sports.ru"ya istinadən xəbər verir ki, ispaniyalı dünya çempionu Pelenin ölümündən sonra bunları yazıb:
“Pele ailəsinə başsağlığı vermək istəyirəm. Bu, dünya fiqurudur. O, bütöv bir nəsli dəyişdi.
Hamı Pele, Maradona, Messi kimi olmaq istəyir. Bunlar əfsanədir. Mən ona hörmət edirdim və sevirdim”, - “Barselona”nın baş məşqçisi qeyd edib.
Xatırladaq ki, əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında vəfat edib. O, bağırsaq xərçəngindən əziyyət çəkirdi.
Zamiq
Demokrat.az