İngiltərədə "Strep A" təhlükəsi artır

DÜNYA 30 dek 2022, 20:20
İngiltərədə "Strep A" infeksiyasından ölənlərin sayı artır.

Demokrat.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İngiltərədə “Strep A” bakteriyasının yaratdığı infeksiyadan 30-u uşaq olmaqla 122 nəfər ölüb.

2017-2018-ci illər ərzində 27-si 18 yaşdan aşağı olan 355 nəfər adıçəkilən infeksiyadan dünyasını dəyişib.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi artımın cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu təxmin edir. 

“Strep A” infeksiyasının insanların boğazına və dərisinə yerləşdiyi, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bildirilir.

Bu xəstəlik bakteriyaların immunitet sisteminə keçdiyi zaman yaşanır. "Strep A"nın peyvəndi yoxdur. Hələki bu xəstəlik antibiotiklərlə müalicə olunur.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top